Компьютерные и радио детали

Veb Saytların Hazırlanması

nlayn və ya oflayn olmasından asılı olmayaraq artıq əksər bizneslər öz mövcudluğunu internet üzərində möhkəmləndirirlər. Bunun üçün ilkin addımlardan biri də biznesin veb saytının olmasıdır. Saytların hazırlanması zamanı siz xidmətinizə və ya məhsulunuza ehtiyacı olan insanlara bu barədə ətraflı məlumat vermiş, onlarda sizə qarşı inam formalaşdırmış, müştərilərlə əlaqə qurmaq imkanı yaratmış və bir çox marketinq fəaliyyətinizə əsaslı şəkildə dəstək olmuş olursunuz. Biz bu sahədə sizin biznes istiqamətinizə uyğun hər formada veb sayt hazırlamaqla peşəkar köməklik göstərə bilərik.

Bundan başqa, veb saytınızın internetdə premium performans göstərməsini istəyirsinizsə digər xidmətlərimizə nəzər sala bilərsiniz. Bura Google və digər axtarış sistemlərində önə çıxmaq və axtarış siteminində səhifənin böyük hissəsini əhatə etmək, YouTube, Facebook və digər sosial medialarda görünürlük əldə etmək, veb saytınıza aylıq daxil olan istifadəçi sayı, onların sizi necə tapması və s. haqqında ətraflı məlumatı əldə etmək və başqaları daxildir.

Veb saytların yaradılmasını bizə həvalə etməklə aşağıdakı Üstünlükləri əldə etmiş olursunuz:

Modern görünüşlü və sürətli veb sayt;
Responsive dizayn (kompyuter, planşet və mobil formaları);
Domeyn alınması;
Yüksək performans göstərən Hostinq (server) paketi;
Veb saytın SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması;
Domeynə bağlı professional biznes email adresləri ilə təmin olunma;
Google və digər axtarış sistemlərində qeydiyyatdan keçmə;
Veb saytların daxili SEO-ya uyğun olaraq hazırlanması;
Əsas sosial media platformalarında biznes səhifələrinin açılması;
Veb sayt dizaynının istəyinizə uyğunlaşdırılması;
Xidmətimizdən razı qalmadığınız təqdirdə ödənişin 100% geri qaytarılması

Saytın Hazırlanma Mərhələləri

Sayt üçün Məlumatların Toplanması və Təhlili
Veb saytların ilkin yığılması mərhələsində sayta bütün lazım olan və olmayan məlumatları dəqiqləşdirəcəyik. Bunu etmək üçün nümunə olaraq istifadə etdiyiniz saytları təhlil edə bilərik. Bir çox suallara cavab verməyə hazır olun, çünki bu cavablar sonradan saytın texniki tapşırığı olacaqdır. Texniki tapşırıq bir növ saytın ətraflı təsviri kimi də istifadə olunur.

Saytların Planlaşdırılması
Toplanan məlumat veb saytların hazırlanması zamanı saytınızın planlaşdırılmasında böyük yardımçı olacaq. Bu mərhələdə aşağıdakıları edəcəyik:

1. Veb sayt xəritəsinin yaradılması.
Saytın əsas mövzu bölmələri və bölmələrinin siyahısı və bunun əsasında uyğun və aydın naviqasiya sistemi yaradılır.

2. Texnologiya seçimi.
Veb saytların yığılması zamanı hansı interaktiv formaların, flaş-komponentlərin və ya məzmunun idarə edilməsi sisteminin məqsədə uyğunluğu müəyyənləşdirilir.

3. Dəstəklənən icazələrin müəyyənləşdirilməsi.
Daha çox istifadəçi mobil qurğulardan saytlara gəldiyinə görə, sayt ölçülərini tənzimləyərək, maksimum “responsive design” tərtib olunur. Bu yanaşma avtomatik olaraq kompyuter, tablet və ya smartfonların müxtəlif ekranlarına uyğun səhifələr yaratmağa imkan verir. Siz vebsaytları responsive və ya adaptive formalarda sifariş edə bilərsiniz.

4. Sayt layihəsinin hazırlanması.
Bütün səhifələrin ilkin versiyaları yaradılır. Bu mərhələ sizə bütün sayt səhifələrini vizual olaraq görməyə və web saytın struktur maketini yaratmağa imkan yaradır.

5. Saytın məzmunun planlaşdırılması.
Web saytların hazırlanması zamanı sayt istifadəçilərinə dəqiq olaraq hansı məlumatı çatdırmaq istədiyiniz barədə məlumat saytın dizaynında bizə çox yardımçı olacaqdır.

Saytın Dizaynı
Yuxarıda qeyd olunan bəndlər diqqətlə nəzərdən keçirildikdən sonra əsas səhifənin və saytın sonrakı səhifələrinin yığılması başlanır. Şirkətin korporativ rənglərində icra edilən real məzmun, fotoşəkil və şirkət loqosu olan səhifələrin maketi hazırlanır və vizual yerləşdirilməsi həyata keçirilir. Dəyişikliklər etmək üçün bu mərhələdən istifadə edin. Bundan sonra, işin müxtəlif mərhələlərində təsdiq üçün sizə müxtəlif maket və prototipləri təqdim edəcəyik. Sayt sifarişi zamanı sonrakı mərhələlərdə dəyişikliklər etmək çox səy və zaman tələb edəcək. Buna görə də, bu mərhələdə hər şeyi diqqətlə nəzərdən keçirməyiniz xahiş olunur.

Saytın Hazırlanması
Dizaynı yaratdıqdan və təsdiqlədikdən sonra veb saytın hazırlanması davam edə edəcək. Bizim veb sayt proqramçımız razılaşdırılmış maketlər əsasında müxtəlif qrafik elementlərdən istifadə edərək, web saytın tam funksional versiyasını yaratmağa başlayır. Bu mərhələdə interaktiv elementlər – ikonlar, flaş-animasiya və alış-veriş səbətinin funksionallığı da həyata keçiriləcəkdir. Bu mərhələdə minimal dəyişikliklər edə bilərsiniz.

Saytınn Test Edilməsi, Layihənin Başa Çatdırılması və İstifadəyə Verilməsi
Proqramçımız funksionallığın və uyğunluğun bütün aspektləri daxil olmaqla veb saytı testdən keçirir, sonra veb sayt kodunun müasir standartlara uyğunluğunu yoxlayır. Layihənin yekun təsdiqindən sonra veb sayt faylları sizin serverinizə yüklənərək istifadəyə verilir.

Saytların Hazırlanmasının Gərəkliliyi
Saytların hazırlanması mürəkkəb proses olub bütün mərhələlərində peşəkarlıq tələb edir. Bu proses ərzində ən kiçik bir detalın nəzərə alınmaması uğursuz nəticəyə gətirib çıxara bilir. Buna görə də, saytların hazırlanması üçün təkcə gözləntiləri qarşılayacaq deyil, həm də uğurlu bizneslə nəticələnəcək sayt hazırlamaq qabiliyyətində olan partnyor tapmaq lazımdır.

Uğurlu saytların hazırlanması nəticəsində:

– Coğrafi cəhətdən uzaqda olan müştərilərlə aranızdakı məsafəni azalda biləcəksiniz;

– Müştərilərin gözündə professional bir imic yaratmış olacaqsınız;

– E-ticarət sayəsində satış həcmində artıma nail olacaqsınız;

– Fəaliyyətinizi 24 saat fasiləsiz davam etdirə biləcəksiniz;

– Onlayn mühitdə rəqiblərinizlə rəqabət aparmaq qabiliyyətində olacaqsınız.

Veb saytın onun məqsədinə uyğun dizayn edilməsi, istifadəçilərin axtardıqları məlumatları asanlıqla əldə edə bilmələri, ümumilikdə, veb saytın asan başa düşülən olması və düzgün ifadə tərzinin seçilməsi saytların hazırlanması prosesində əsas şərtlərdən olub onun gələcəkdə verəcəyi nəticələrə təsir edir. Digər bir tərəfdən isə saytların hazırlanması prosesində onun bütün axtarış sistemlərinə uyğun olmağı, saytın SEO fəaliyyəti üçün tələblərə cavab verməsi və saytdakı yazıların Azərbaycan dilini tanıyan fontlarda yazılmağı önəmli amillərdir. Niyə veb saytların hazırlanması hər bir biznes üçün gərəkli olduğu haqqında daha ətraflı məlumatı bloqumuzun müvafiq məqaləsində tapa bilərsiniz. Veb saytlarin hazirlanmasi

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *